.
 

Tarixi abidələrimiz və turizm gözəlliklərimiz

 
 

Qazax rayon Mərkəzi kitabxanası 1945-ci ildə keçmiş Sabir küçəsində fəaliyyətə başlamışdır.

1980-ci ildə Qazax şəhərində fəaliyyət gostərən butun kutləvi kitabxanalar Mərkəzi kitabxananın ətrafında birləşərək Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmış və Qazax şəhər Səməd Vurğun küçəsi 28 saylı binanin, yəni Mədəniyyət Sarayinin bir hissəsində fəaliyyətini davam etdirmişdir.

MKS 5 şobəni: Xidmət şobəsi, Kitabsaxlama şobəsi, Metodiki şobə, Biblioqrafiya şobəsi, Komplektləşdirmə və Kitabişləmə şobəsi, 1 Uşaq kitabxanası, 6 şəhər kitabxana filialı və 47 kənd kitabxana filialını özündə birləşdirir.

MKS-nin 599015 nusxə kitab fondu, 39900 nəfər oxucusu vardır. Bu oxuculara il ərzində 797600 nusxə kitab verilmişdir.

Kitabxananın Xidmət şobəsi – bu şobənin 47800 nusxə kitab fondu var, bu fonddan abunəcilərə evə aparmaq ucun kitab verilir. Bununla yanaşı olaraq yeniləşən kitab sərgiləri numayiş etdirilir.
Oxu zalı – zalda oxucu masaları ilə yanaşi KBT cədvəli ilə yerləşdirilmiş kitablar, ensiklopediyalar, luğətlər, qəzet və jurnallar, sərgi rəfləri acıq rəf üsulu ilə oxucuların xidmətindədir.

Bu xidmətlə yanaşı oxu zalında ayda bir neçə dəfə ədəbi-bədii gecələr, görüşlər, kitab muzakirələri və kitab təqdimatları keçirilir.

Kitabsaxlama şobəsində artiq nusxələr, prezidentin sərəncamı ilə gəlmiş kitablar, ayrı-ayrı müəlliflərdən hədiyyə yolu ilə verilmiş kitablar saxlanılır.

İl ərzində Kitabxana Kollektoru ilə bağlanmış 2500 manatlıq müqavıləyə əsasən kitab və kitab ləvazimatı alınmış və kitabxananın heç bir borcu qalmamışdır. Kitabxana 11 adda qəzet və 4 adda jurnala abunə yazılmışdır. Mədəniyyət işçilərinin hazırlıq və ixtisasartirma kursunda 6 nəfər kitabxana işçisi dinləyici kimi iştirak etmişdir.

MKS – də 113 nəfər işci fəaliyyət gostərir. Onlardan 33 nəfəri ali təhsilli, 24 nəfəri ali – ixtisas təhsillil, 57 nəfəri orta ixtisas təhsilli, 13. nəfəri orta qeyri ixtisas təhsillidir.
İnformasiya əsri adlandırılan XX əsr kitabxanaların qarşısında keyfiyyətcə yeni vəzifələr qoyur.

Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2007- ci il tarixli “Azərbaycanda kitabxanalarin fəaliyyətinini yaxşılaşdırılması haqqında” sərəncamı kitabxanalarin fəaliyyətinin yaxşılaşdırılmasını ölkəmizin ictımai, mənəvi həyatının daha da canlandırılmasını, elmi- mədəni sərvətlətdən hərtərəfli istifadə imkanlarının genişləndirilməsini Azərbaycan Kitabxanalarının dünya informasiya məkanına daxil olmasının təmin ediməsi vəzifəsini qoyur.

Rayonumuzun 7 kəndi erməni işğalçıları tərəfindən zəbt olunub, (mart-iyun 1992) dağıdılıb, maddi –mədəniyyət abidələri, kitabxanaları, mədəniyyət evləri, məktəbləri məhv edilib.Həmin kitabxanalar fəaliyyətlərini müvafiq sərəncama əsasən şəhər kitabxanalarında davam etdirirlər.Bunlar Yuxarı Əskipara 5 saylı, Barxudarlı kənd 6 saylı, Aşağı Əskipara kənd 9 saylı,Qızıl Hacılı kənd 10 saylı, Xeyrimli kənd 12 saylı,Sofulu kənd 42 saylı,Bağanis Ayrım kənd 43 saylı və Aşağı Əskipara kənd 44 saylı kitabxanalardır.Bu məlumatları xarici təşkilatlara çatdırmaq məqsədilə söhbətlər aparılıb.

“Azərbaycan Respublikasinda kitabxana- informasiya sahəsinin 2008-2013-cu illərdə inkişafı üzrə Dövlət Proqramı” nın həyata keçirilməsinə dair Qazax rayon MKS-nin Tədbirlər Planı tərtib edilib və 25 dekabr 2008-ci il tarixdə mədəniyyət işçilərinin 2 günlük seminar-müşavirəsində kitabxana işçiləri ilə müzakirəsi keçirilmişdir.

Linklər